1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə məhsuldar danışıqların baş tutduğunu bildirib.
“Dünən Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar danışıqlarımız oldu. Bu dəhşətli, qanlı münaqişənin nəhayət başa çatması üçün hər şans var”, - Tramp Truth sosial şəbəkəsində yazıb.
Söhbət zamanı Tramp deyib ki, minlərlə Ukrayna əsgəri Rusiya qüvvələri tərəfindən mühasirəyə alınıb. Onun sözlərinə görə, indi onların mövqeyi çox zəifdir.
Kremlin sözçüsü Dmitri Peskov martın 14-də keçirdiyi brifinqdə deyib ki, Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff vasitəsilə Amerika liderinə əlavə siqnallar çatdırıb. O əlavə edib ki, xüsusi nümayəndə ilə Putin görüş zamanı müxtəlif əlavə məlumat mübadiləsi aparıblar. Amerika tərəfi ilə danışıqların yeni raundlarına gəlincə, Peskov bildirib ki, iki prezidentin görüşünün dəqiq vaxtı hələ müəyyən edilməyib.