Çin Ukrayna ilə kənd təsərrüfatı təchizatı və su ehtiyatları sahəsində əməkdaşlıq haqqında iki müqavilə imzalayıb.
Bu barədə Çinin “Sohu” məlumat yayıb.
“Pekin səxavətlə Rusiyanın rəqibinə iki böyük üstünlük verib”, - nəşri yazıb.
Məqalədə vurğulanıb ki, Çinin hərəkətləri anti-Rusiya deyil və yalnız iqtisadi mənfəətlə diktə olunur. Nəşrin məlumatına görə, sazişlər Pekinin ABŞ ilə ticarət gərginliyinin pisləşməsi fonunda qida idxalını diversifikasiya etmək istəyi ilə bağlıdır .
"Çin qeyri-sabit tərəfdaşlıqlardan asılılığı azaltmaq üçün təchizat kanallarını genişləndirir", - mənbə izah edib.