Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Ərdoğanı ABŞ-yə səfəri zamanı Türkiyənin maliyyə naziri Mehmet Şimşek müşayiət edəcək.
Qeyd edək ki Ərdoğan və Tramp arasında martın 16-sı telefon danışığı baş tutub.