Yasamalda qonşular arasında kütləvi dava olub, xəsarət alan var.
1xeber.media xəbər verir ki,XALQ.AZ-a daxil olan məlumata görə, hadisə ötən gün Yasamal rayonu Ələsgər Ələkbərov kücəsi 2/1 ünvaninda baş verib. Qadınlar arasında kiçik mübahisə kütləvi davaya çevrilib. 76 yaşlı Hüseynov Firudin İbrahim oğlu və 71 yaşlı Hüseynova Xuramam Nəmət qızı qonşuları Məmmədov Kərim İbiş oğlu, Əliyev Fərid Fikrət oğlu və digərləri tərəfindən döyülüb. 76 yaşlı Hüseynov Firudinin səhhəti pisləşərək təcili yardıma müraciət olunaraq xəstəxanaya aparılıb. Yaşlı insanlara və ailəyə zorakılıq göstərənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Faktla bağlı Polis idarəsində araşdırma aparılır və lazımı tədbirlərin görüləcəyi bildirilib.