Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, onun həyat yoldaşı, məşhur rusiyalı fiqurlu konkisürən Tatyana Navka daha çox qazanır.
1xeber.media xəbər verir ki, Peskovun sözlərini TASS agentliyi sitat gətirib.
“Bəli, Tatyana məndən çox qazanır. Baxmayaraq ki, mənim də məvacib çox yüksəkdir”, – Peskov bildirib.
Peskov onun işinin həyat yoldaşına təsir etdiyini deyib.
“İstəsə də, istəməsz də, mənimlə yaşayarkən o da xəbərlərə baxmağa başladı. O, əvvəllər heç vaxt belə etməmişdi. İndi ikinci dərəcəli vətənpərvərdir və bütün proletar sərtliyi ilə Rusiya prezidentinin kifayət qədər müdafiə olunmadığını bildirir”, – Peskov deyib.
Peskov və Navka 2010-cu ildə romantik münasibətə başlayıb və 2016-cı ildə evləniblər.
Publika.az