Lənkəranda “Yaşıl Dünya Naminə Eko Festival” keçirilib
Noyabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH), Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə Qala Xiyabanında “Yaşıl Dünya Naminə Ekofestival” keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən festivalda Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.