FSB general-leytenant Yaroslav Moskaliki partladıb öldürən avtomobilə yerləşdirən Ukrayna kəşfiyyatçısı İqnat Kuzini saxlayıb.
1xeber.media bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Kuzinin Ukraynada yaşamaq icazəsi var. O, avtomobil alıb və içərisinə əldəqayırma partlayıcı qurğu quraşdırıb. Həmin şəxs PUA hazırlamaq üçün komponentləri Ukrayna xüsusi xidmət orqanlarından gizləndiyi yerdən alıb.
Şübhəli şəxs Rusiya İstintaq Komitəsinə aparılıb.
Avtomobilin partladılması aprelin 25-i cümə günü səhər saatlarında baş verib. İlkin məlumata görə, qəza qaz balonu avadanlığının partlaması nəticəsində baş verib, qurban isə təsadüfi yoldan keçən şəxs olub.
Lakin sonradan məlum olub ki, bu, əldəqayırma partlayıcı qurğunun tətbiqi ilə məqsədyönlü hücumdur. Ölən şəxsin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının yüksək rütbəli zabiti, general-leytenant Yaroslav Moskalik olduğu üzə çıxıb.