İrandan zənginləşdirilmiş uranın üçüncü ölkələrə ixracı ABŞ-la müzakirə olunmayıb.
1xeber.media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton danışıqların üç raundunun heç birində bu məsələni qaldırmayıb.
Qeyd olunur ki, ABŞ İranda dinc nüvə proqramı çərçivəsində davam edən uranın zənginləşdirilməsi prosesini sıfıra endirməkdə israrlı olmayıb.
Həmin gün İranın xarici işlər naziri Abbas Əraqçi nüvə sazişi ilə bağlı ABŞ-la aparılan danışıqlardan razı qaldığını bildirib. O, razılığın əldə olunması ilə bağlı nikbinliyini də dilə gətirib, lakin bu məsələdə ehtiyatlı olduğunu qeyd edib.