1xeber.media xəbər verir ki, “Financial Times” mənbələrə istinadən yazır ki, Avropa və Ukrayna rəsmiləri ABŞ lideri Donald Trampın bu həftə nizamlanma danışıqlarından çıxa biləcəyindən qorxurlar.
Məqalədə bildirilir ki, Kiyev bu ssenariyə gizli hazırlaşmağa başlayır. Ukrayna hakimiyyəti hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsinin davam edib-etməyəcəyini bilmir.
Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Oleksandr Merejko nəşrə deyib ki, Trampın Ukraynaya marağını itirməsi iki ölkə arasında münasibətlərdə “baş verə biləcək ən pis şey” olacaq.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt bildirmişdi ki, Tramp getdikcə Rusiya və Ukrayna liderlərindən məyus olur. O, həmçinin qeyd edib ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin üç günlük atəşkəs təklifi ilə tanışdır, lakin onun sözlərinə görə, Tramp hələ də uzunmüddətli sülhə nail olmağa diqqətini saxlayır.