Bu fotoda gənc adam nə aktyor, nə incəsənət adamı deyil. O, Azərbaycanın Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman Mədət Quliyevin oğlu Murad Qulubəylidir. Murad Qulibəyli ölkədə hansısa istedadından daha çox, elə Mədət Quliyevin oğlu kimi tanınır.
Zarafat deyil, atası Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanıdır. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olub, daha sonra Müdafiə Sənayesi naziri idi, ən sonda da Təhlükəsizlik Şurasının katibinin müavini vəzifəsinə təyin olundu. Yəni, respublikanın ən kritik və məsuliyyətli postlarında birbaşa rəhbər vəzifələrdə təmsil olunub Mədət Quliyev. Bu gün də həmin postlardan birini daşıyır.
Bir sözlə, Mədət Quliyev ağır kişilərdəndir, amma belə adamın belə yüngül oğlu olması da bir başqa dərddir. Təəssüf ki, oğul Murad Qulubəyli tez-tez “qlamur həyatı” ilə gündəmə gəlir. Gah qadın paltarı geyinir, gah şalvarını çıxarır, gah da bu fotodaki kimi...
Demokrat.az