Keçmiş nazir, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli yenə öz ampluasındadır.
14 fevral sevgililər günündə fotokameraların önünə keçən Murad Qulibəyli bu dəfə alt paltarında poz verib. Düşünməmək olmur, bu cavan oğlan soyuna-soyuna hara gedir, yaxud nəyə nail olmaq istəyir?!
Murad Qulibəyli Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin oğlu olaraq tanınıb, hətta vaxtilə mayor rütbəsində polis orqanlarında da çalışıb, iki il öncə öz ərizəsi ilə DİN sıralarından uzaqlaşıb. Elə həmin vaxtdan etibarən onun soyunmağa başladığı müşahidə edilir. Bir müddət əvvəl qadın paltarında poz verən Murad Qulibəyli bu dəfə bir qədər də irəli gedərək, alt paltarında özünü nümayiş etdirib.
Niyə edib, məqsədi nədir, bəlli deyil. Bu incəsənətdirmi, yoxsa art sənədirmi, o da bəlli deyil.
Bircə o bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyevin oğlu “şou göstərir”.
demokrat.az