ABŞ prezidenti Donald Tramp mayın ortalarında Yaxın Şərqə səfəri zamanı ABŞ-ın Fələstin dövlətini tanıdığını elan etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
“Prezident Donald Tramp Fələstin dövləti və onun Amerika tərəfindən tanınması, həmçinin [radikal Fələstin hərəkatı] HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı bəyanat verəcək”, - nəşr yazır.
Nəşrin fikrincə, belə bir bəyanat verilərsə, bu, regionda qüvvələr balansını dəyişə biləcək əhəmiyyətli addım olacaq. Bundan əlavə, İbrahim razılaşmalarına yeni ölkələrin də qoşulacağı gözlənilir.