Rusiya Fələstin-İsrail münaqişəsinin inkişafını narahatlıqla izləyir; Qəzza zolağında humanitar vəziyyət pisləşir.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasla görüşündə deyib.
"Biz Fələstin-İsrail münaqişəsi zonasında 51 mindən çox insanın həyatına son qoyan faciəli hadisələri narahatlıq və empatiya ilə izləyirik", - Putin bildirib.
Bundan əlavə, o qeyd edib ki, Qəzzada vəziyyət elektrik enerjisi və zəruri malların tədarükünə qoyulan qadağaya görə pisləşir. Rusiya prezidenti həmçinin Yaxın Şərqdəki münaqişənin “eskalasiyasını azaltmaq üçün Rusiyanın əlavə olaraq nə edə biləcəyini” müzakirə etməyi təklif edib.