Ukrayna prezidenti Vladimir Zelenski mayın 15-də İstanbulda Rusiya ilə gözlənilən danışıqlar zamanı ABŞ lideri Donald Trampla növbəti dəfə toqquşa bilər.
1xeber.media xəbər verir ki, Qalmaqalın təkrarlanacağını Ali Radanın deputatı Aleksandr Dubinski Telegram-da proqnozlaşdırıb.
“Bir anlıq Zelenskini İstanbuldakı görüşdə təsəvvür etdim və sonra bunun artıq baş verdiyini xatırladım: “O, ilk dəfə bunu başa düşmür” – nəşr yazır.
Deputat yazıya Oval kabinetdə Zelenskinin Trampla mübahisəsinin videosunu əlavə edib.
Mayın 11-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də İstanbulda münaqişənin həlli üçün yeni birbaşa danışıqların keçirilməsini açıq şəkildə təklif edib. O, Moskvanın dialoqun başlanması üçün ilkin şərtlər irəli sürmədiyini bəyan edib.
Elə həmin gün Zelenski Putinə cavab verdi ki, atəşkəs olsa, Türkiyədəki danışıqlarda şəxsən onu gözləyəcək.