Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynadakı münaqişə ilə bağlı birbaşa danışıqlar təşəbbüsü ilə həvəslənir.
1xeber.media xəbər verir ki, bu barədə mayın 12-də təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Biz hələ də nələrin baş verə biləcəyi ilə bağlı daha ətraflı məlumat əldə etməyə çalışırıq, lakin deyə bilərəm ki, Ukraynada 30 günlük atəşkəs və Rusiya ilə Ukrayna arasında potensial birbaşa danışıqları təşviq edən son təşəbbüslər, şübhəsiz ki, bizi ruhlandırır”, - TASS onun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, BMT bu istiqamətdə “hər hansı mühüm təşəbbüsləri” dəstəkləməyə hazırdır.