"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Təsərrüfat departamentinə yeni direktor təyin edilib.
1xeber.media xəbər verir ki, bu vəzifə Fərid Şamo oğlu Hüseynova həvalə olunub.
O, bundan əvvəl ADY-nin Təchizat departamentinin direktoru olub.
ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov Təsərrüfat departamentinin müdiri olub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov ötən ay Fərid Hüseynov sözügedən vəzifəsindən azad edərək Təchizat departamentinin müdiri vəzifəsinə təyin edib. O, bu gün Təchizat departamentinin müdiri vəzifəsindən alınaraq, yenidən əvvəlki vəzifəsinə qaytarılıb.