Şamaxıda zəlzələ oldu
Bu gün Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.
Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.