Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda keçirilən danışıqların əsas nəticəsi kimi əsir düşən hərbçilərin “1000-ə 1000” formatında dəyişdirilməsini adlandırıb.
1xeber.media xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında yazıb.
"Bizim komandamız hazırda mübadilənin təfərrüatlarını hazırlayır. "Mən kömək edən hər kəsə minnətdaram" deyən Zelenski. O, həmçinin Kiyevin 30 günlük atəşkəsə hazır olduğunu təkrarlayıb.
Zelenski həmçinin daimi genişləndirilmiş milli danışıqlar qrupunun yaradıldığını açıqlayıb.
Bundan əvvəl Ukrayna prezidentinin ofisinin müşaviri Mixailo Podolyak İstanbulda danışıqlarda Moskvanın tələbləri barədə ətraflı danışıb.