Telefon danışığı zamanı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlar zamanı qaldırılan bütün məsələlər üzrə dialoqu gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.
1xeber.media xəbər verir ki, “RİA Novosti” agentliyinə istinadən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, liderlər bunu şəxsi görüşdə etmək niyyətindədirlər.
"Prezidentlər qaldırılan bütün məsələlər, o cümlədən, əlbəttə ki, Ukrayna mövzusu üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Bu, gələcək şəxsi görüşün təşkilinin mümkünlüyünü nəzərdə tutur", - Uşakov bildirib.
İki ölkə liderləri arasında şəxsi danışıqların harada və nə vaxt aparılacağı hələlik məlum deyil.
Putinlə Tramp mayın 19-da telefonla danışıblar.Onların söhbəti iki saat davam edib. Rusiya liderinin sözlərinə görə, Tramp qeyd edib ki, Rusiya, onun fikrincə, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.