Rusiyanın baş naziri Mixail Mişustin kənd təsərrüfatı nazirinin müavini Maksim Titovu vəzifəsindən azad edib.
1xeber.media xəbər verir ki, müvafiq sərəncamı baş nazir mayın 28-də imzalayıb.
"Maksim Aleksandroviç Titov öz xahişi ilə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsindən azad edilsin", - hüquqi məlumatların rəsmi internet portalında dərc edilən sənəddə deyilir.
2019-cu ildə Titov Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-Sənaye Kompleksinin (AİK) Bazarların Tənzimlənməsi Departamentinin direktoru vəzifəsini aldı. 2023-cü ildən kənd təsərrüfatı nazirinin müavini vəzifəsini tuturdu.