ABŞ səfirliyinin işçisi Rusiyaya casusluq edirmiş
ABŞ-ın Norveçdəki səfirliyinin 20 yaşlı mühafizəçisi Rusiya və İran üçün casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Məlumatı NRK telekanalı yayıb.
Qeyd olunub ki, həmin şəxsə ABŞ-ın təhlükəsizliyinə təhdid yarada biləcək məxfi məlumatların ötürülməsi ilə bağlı ittiham irəli sürülüb.
Norveç polisi axtarış tədbirləri nəticəsində böyük həcmdə rəqəmsal məlumatları müsadirə edib, lakin hələlik hansı məlumatların ötürüldüyünü açıqlamayıb.
ABŞ-ın Norveçdəki səfirliyi isə hələlik vəziyyətlə bağlı şərh verməyib./axar.az/