Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop şəxsi həyatı ilə gündəmə gəlib. 59 yaşlı diplomat öz köməkçisi Yeganə Fərəcova ilə nişanlanıb.1xeber.media teleqraf-a istinadla xəbər verir ki, cütlüyün nişan mərasimi artıq baş tutub və onlar evlilik yolunda ilk rəsmi addımı atıblar. Bir müddətdir nişanlı olan cütlüyün toy mərasiminin hansı tarixdə keçiriləcəyi isə hələlik məlum deyil.
Xatırladaq ki, Rəcəb Öztop 1 yanvar 2023-cü il tarixindən etibarən Türkiyənin Gəncədəki Baş konsulu vəzifəsinə təyin olunub və həmin vaxtdan bəri şəhərdə diplomatik fəaliyyətini uğurla davam etdirir.
















