Latviyada Seymin deputatı Aleksey Roslikova qarşı Rusiyaya "Latviyaya qarşı hərəkətlərində" kömək etməkdə və "etnik nifrət və nifaq salmaqda" şübhəli bilinərək cinayət işi açılıb.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 9-da Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.
"Cinayət işi xidmət A.Roslikovun iyunun 5-də Seym sessiyasında səsləndirdiyi ifadələrə, eləcə də son zamanlar etdiyi digər hərəkətlərə qiymət verdikdən sonra açılıb", - xidmətin saytında deyilir.
Qeyd olunur ki, DSQ “Sabitlik naminə!” siyasi partiyasının lideri ilə dəfələrlə “profilaktik” söhbətlər aparıb.