1xeber.media xəbər verir ki, Tasnim-in iyunun 13-də verdiyi məlumata görə, İsrailin zərbələri İranın Natanz nüvə obyektinə ziyan vurub, lakin radiasiya və ya kimyəvi çirklənmə əlamətləri aşkar edilməyib.
Nəşrdə İshafan vilayətinin təhlükəsizlik və hüquq-mühafizə xidmətinin rəhbərinin sözlərinə görə, sionist rejimin Nətənz nüvə obyektinə təcavüzkar hücumu nəticəsində bu obyektdə nüvə çirklənməsi baş verməyib.
İsrailin obyektə endirdiyi zərbə nəticəsində xəsarət alan olmadığı bildirilir. İran hakimiyyəti İsrailin hücumu nəticəsində dəyən ziyanı qiymətləndirir.