İyunun 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə İsrailin İrana endirdiyi zərbələri müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Söhbət zamanı Yaxın Şərqdə yaranan böhranlı vəziyyət müzakirə olunub. Eyni zamanda, nazirlər İsrailin beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsinin müddəalarını pozaraq İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatdan hədsiz narahat olduqlarını bildiriblər və regionda gərginliyin tezliklə azaldılmasının tərəfdarı olduqlarını bildiriblər", - məlumatda deyilir.
Tərəflər qarşıdurmanın danışıqlar kanalına keçirilməsinin vacibliyini vurğulayıblar. Nazirlər həmçinin Moskva və Əbu-Dabinin Yaxın Şərqdə sülh və təhlükəsizliyə doğru irəliləyiş üçün şərait yaratmaq səylərini asanlaşdırmağa hazır olduqlarını təsdiq edərək, təmasları davam etdirmək barədə razılığa gəliblər.