İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan İsrail Hərbi Hava Qüvvələrinə məxsus ilk F-35 döyüş təyyarəsi kameralara düşüb.
1xeber.media xəbər verir ki, şəkilləri “Mehr” agentliyi yayıb.
Kadrlarda yanan təyyarənin yerdə uzanması, qalıqlarının ətrafa səpələnməsi görünür.
Bundan əvvəl İranın İsrail Müdafiə Qüvvələrinin (IDF) qadın pilotunu əsir götürdüyü bildirilirdi. İddia edilib ki, İranın hava hücumundan müdafiə sistemləri cümə günü, iyunun 13-də İsrailin iki hərbi təyyarəsini vura bilib. İsrail də öz növbəsində pilotun əsir götürülməsi ilə bağlı məlumatları təkzib edib.