İsraillə əlaqəli olduğu iddia edilən “Gonceşke Darande” (“yırtıcı sərçə”) adlı haker qrupu İranın “Sepah Bank”ına qarşı genişmiqyaslı kiber hücum həyata keçirib.
1xeber.media xəbər verir ki, qrup bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Sepah Bank” beynəlxalq sanksiyalardan yayınaraq İran xalqının pullarını terror nümayəndələrini, ballistik raket proqramını və hərbi nüvə proqramını maliyyələşdirmək üçün istifadə edən bir qurum idi. Bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik”, – deyə paylaşımda vurğulanır.