1xeber.media xəbər verir ki, Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın Rusiyanı "Böyük səkkizlik"dən kənarlaşdırmaqla bağlı sözlərinə sərt cavab verib. “Politico”nun xəbərinə görə, son görüşdə “G7” liderləri ABŞ prezidentinin xoşuna gəlməyə çalışıb, anti-Rusiya ritorikasından yayınıblar və Trampın gedişindən sonra danışmağa başlayıblar.
Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammiti Ukrayna ilə bağlı bir bəyanat olmadan başa çatıb - fikir ayrılıqlarının əsas səbəbi Trampın mövqeyi olub. Nəşrin yazdığına görə, G7-nin digər ölkələrinin liderləri Amerika liderini təxribata çəkməməyə çalışıblar və hər yolla Rusiya ilə bağlı sərt ifadələrdən yayınıblar.