İran Hörmüz boğazını bağlaya və bununla da bütün Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrini bağlaya bilər.
1xeber.media xəbər verir ki, bu barədə “The New York Times” ABŞ hərbi mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır: “Ağ Evdə keçirilən görüşlərdə yüksək rütbəli hərbi məmurlar belə bir ehtimala hazırlaşmağın zəruriliyi məsələsini qaldırdılar”.
Bundan əvvəl məlum olub ki, ABŞ lideri Donald Tramp artıq ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirmək planlarını təsdiqləyib.