Kremlin sözçüsü Dmitri Peskov amerikalı sahibkar İlon Maska siyasi sığınacaq verilməsi ilə bağlı fərziyyələri şərh etməkdən imtina edib.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Hər şeyi şərh etməzdən əvvəl Xarici İşlər Nazirliyinin açıqlamalarını və ya Maskın açıqlamalarını gözləyək” dedi.
Qeyd olunduğu kimi, Rusiya Xarici İşlər Nazirliyinin amerikalı sahibkara siyasi sığınacaq verilməsi ilə bağlı təkliflər aldığı barədə məlumatlar ortaya çıxıb.
Bir müddət əvvəl Rusiya prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Mask və ABŞ prezidenti Donald Tramp arasındakı münaqişədən danışıb. Onun fikrincə, davanın səbəbkarı iş adamıdır, çünki əvvəlcə özünü itirib.