Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona respublikada “son daxili siyasi proseslərlə bağlı Rusiyadan gələn bəyanatlara” etiraz notası təqdim edilib.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi “Radar Armenia” portalına məlumat verib.
Qeyd olunur ki, İrəvan Moskvadan gələn qiymətləndirmələrdən narazılığını diplomatik kanallar vasitəsilə çatdırıb.
“Rusiya Federasiyasının kütləvi informasiya vasitələrində Ermənistan Respublikası hökuməti ilə bağlı bəzi məmurların bəyanatlarına təkan verən ritorikaya qarşı kəskin etiraz ifadə olunub”, - nazirlikdən bildirilib.