Amerikalı jurnalist Taker Karlson İran prezidenti Məsud Pezeşkianla müsahibəsini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yayımlanan videomüraciətində bildirib.
Jurnalistin qeyd etdiyi kimi, müsahibə bir neçə gündən sonra yayımlanacaq.
"Müsahibənin məqsədi amerikalıların öz fikirlərini formalaşdıra biləcəkləri bilik bazasını genişləndirmək idi. Bacardığınız hər şeyi tapın və sonra qərar verin. Bu, Amerikanın vədidir" dedi.