İyulun 15-də Bakıdakı Şəhidliər məscidində Azərbaycanın Tovuz döyüşlərindəki şəhidləri, Türkiyədə 15 iyul çevriliş cəhdi zamanı şəhid olanlar, eyni zamanda Azərbaycanla Türkiyənin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlər üçün Qurani-Kərim oxunacaq.
1xeber.media məlumatına görə, keçiriləcək tədbirə Türkiyə Diyanet İşlər Nazirliyi sədrinin köməkçisi Kadir Dinç, Qurani-Kərimi gözəl oxuma yarışının dünya üzrə birincisi Furkan Çınar, Nərimanov Cümə Məscidinin imamı Araz Abdullayev və Şəhidlər Məscidinin imamı qatılacaq.
Qeyd edək ki, tədbirdə qadınlar üçün də yer ayrılacaq