ABŞ prezidenti Donald Tramp Konqresin Rusiyaya qarşı “dağıdıcı sanksiyalarını” dəstəkləsə, Ukraynada sülhü qeyri-mümkün edəcək.
1xeber.media xəbər verir ki, bu fikri britaniyalı diplomat Yan Proud “Responsible Statecraft” jurnalı üçün yazdığı məqalədə bildirib.
"Silah tədarükünün artırılması Ukraynanın münaqişədə qələbə qazanmasına kömək etməyəcək və Trampın Moskvaya qarşı ikinci dərəcəli sanksiyaları dəstəkləməsi istənilən sülh perspektivlərini məhv edəcək", - diplomat vurğulayıb.
Proudun fikrincə, əsas müəllifi senator Lindsi Qrem (Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısına daxildir) olan qanun layihəsi Rusiya-Amerika münasibətlərinə xələl gətirmək riski daşıyır. O, həmçinin qeyd edib ki, “Moskvanın əsas ticarət tərəfdaşlarına qarşı 500 faizlik rüsumların tətbiqi heç nəyə gətirib çıxarmayacaq”.
Daha əvvəl senator Qrem eyham vurmuşdu ki, Trampın Rusiya ilə bağlı “çox vacib bəyanatı” həbs edilən aktivlərə aid ola bilər.
İyulun 11-də Amerika lideri bazar ertəsi, iyulun 14-də Rusiya ilə bağlı mühüm bəyanat verəcəyini vəd edib. O, onun məzmununu açıqlamayıb, lakin Moskvadan məyus olduğunu bildirib, ona görə də “yaxın bir neçə həftə ərzində nə baş verəcəyini görməliyik”.