Avropa İttifaqı (Aİ) ölkələri Rusiya əleyhinə yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib.
1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib.
"Aİ xarici işlər nazirlərinin görüşündə ölkələrin böyük əksəriyyəti yeni anti-Rusiya sanksiyalar paketlərinin qəbul edilməsinin tərəfdarıdır, lakin bu gün, ən azı, yeni paket qəbul olunmayıb", - diplomat bildirib.
Szijarto həmçinin qeyd edib ki, görüşdə “Avropa İttifaqının ən böyük və güclü ölkələrindən birinin” nümayəndəsi olan həmkarı Moskvaya qarşı əvvəlki 17 sanksiya paketinin “heç bir effekt vermədiyini” etiraf edib.
Daha əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirmişdi ki, Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı 15 iyul Çərşənbə axşamı günü razılığa gələ bilərlər. O əlavə edib ki, icma müvafiq qərar qəbul etməyə çox yaxındır.