Tamstore -müştəri məmnuniyyətini ön planda tutaraq, yüksək keyfiyyətli məhsul və xidmətlərlə bazarda daha güclü mövqeyə sahib olmaq yolunda inamlı addımlarla irəliləməyə davam edir.
Şirkətin müştərilərinə daha geniş seçim imkanı və rahat alış-veriş təcrübəsi təqdim etmək üçün atdığı mühüm addımlardan biri də yeni filiallarını yaratmaqdır.
16 iyul 2025-ci il tarixində mağazalar şəbəkəsinin yeni Savalan filialı müştərilərinin ixtiyarına veriləcək.
“Tamstore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə 24 saat fasiləsiz xidmət göstərir.
Qeyd edək ki,marketlər şəbəkəsi üç - “mini”, “city” və “super” formatlarında fəaliyyət göstərir.