ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün görüşün Moskvanın gələcək addımlarından asılı olduğunu qiymətləndirib.
1xeber.media xəbər verir ki, Onun sözlərini RİA Novosti sitat gətirir.
"Prezident Putinlə nə olacağını görəcəyik. İndiyə qədər mən prezident Putindən çox məyus oldum", - Tramp deyib.
O qeyd edib ki, son üç ayda müxtəlif münaqişələrin həlli üçün çoxlu səylər göstərsə də, Ukraynada müharibəni dayandırmağa nail olmayıb.
Bundan əvvəl Tramp 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik tariflər tətbiq edəcəyini vəd etmişdi.