Çərşənbə günü Çelyabinsk vilayətinə gələn Putinin rəsmi kortejinə təcili yardım maşını daxil edilib. Kreml rəisinin müşayiət maşınlarının Maqnitoqorskda Sovetskaya və Qaqarin küçələrinin kəsişməsindən keçməsini əks etdirən videonu VÇK-OGPU Telegram kanalı yayıb.
İyulun 16-da qeydə alınmış videogörüntülərə əsasən, kortejdə 17-yə yaxın avtomobil və xarakterik sarı və qırmızı rəngli təcili yardım maşını olub və onları yol polisi əməkdaşları müşayiət ediblər. Onlayn xəritələrdəki fotolar kortecin Maqnitoqorskda kameralara düşdüyünü təsdiqləyir.