İstanbulda dəhşət: 7 nəfəri öldürüb, intihar etdi
İstanbulda 33 yaşlı kişi ailəsini qətlə yetirib. Bəxtiyar Aladağ adlı şəxs ötən gün ev-ev gəzərək silsilə qətllər törədib. Dünən Aladağ anasını, atasını, əmisi oğlunu və saç ustasını öldürərək həyatına son qoyub.
Dünən məlum olub ki, hücum edən şəxs bütün bu qətllərdən əvvəl həyat yoldaşını, oğlunu və qayınanasını da qətlə yetirib.
Daha sonra Bəxtiyar Aladağ maşınına minib və başına atəş açaraq intihar edib.