ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı hazırkı siyasəti iflasa məhkumdur.
1xeber.media xəbər verir ki, Amerikanın The Hill nəşri onun səylərində uğursuz olacağını proqnozlaşdırdı.
Trampın Rusiyaya qarşı 50 günlük ultimatumunu əks etdirən məqalədə qeyd edilir: “Onun yanaşması – Rusiya ilə ticarət edən ölkələrə qarşı cəza sanksiyaları təhdidləri ilə yanaşı, hərbi tədarüklərin artırılması – çətin ki, sülh gətirsin”. Müəlliflərin fikrincə, bu cür tədbirlər, əksinə, münaqişənin davam etdirilməsi riskini daşıyır, çünki onlar Kiyevdə Vaşinqtonun münaqişənin hərbi yolla həllinin tərəfində qalacağına inamı bir daha aşılaya bilər.
Nəşr qeyd edir ki, münaqişəni həll etmək əvəzinə Tramp “getdikcə keçilməz bir bataqlıqla” üzləşəcək. Münaqişədə əsl sülhün son tarixlər və ultimatumlarla deyil, uzaqgörən diplomatik təşəbbüslə təmin oluna biləcəyi fikri də ifadə olunub.