Rusiya Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda iştirak edən nümayəndə heyətinin tərkibində dəyişiklik etməyib.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 21-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
"Rusiya tərəfində danışıqlar qrupunda heç bir dəyişiklik yoxdur. Bilirsiniz ki, biz üçüncü raundun keçirilməsinin tərəfdarıyıq", - o, brifinq zamanı "İzvestiya"nın sualını cavablandırarkən deyib.
Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Kreml danışıqların tarixi barədə yekun təsdiq edildikdən sonra məlumat verəcək.