Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsində olan 48 nəfərin hamısı ölüb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
***
Amur vilayətində itən An-24 təyyarəsinin qəzaya uğradığı yer aşkarlanıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Axtarış əməliyyatları zamanı Rusiya Hava Nəqliyyatı Agentliyinə məxsus Mi-8 helikopteri yanan təyyarənin gövdəsini aşkar edib”, - məlumatda deyilir.
Xilasedicilər hadisə yerinə getməyə davam edir.
***09:40
Amur vilayətində Xabarovskdan Blaqoveşenskə uçan An - 24 sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, təyyarə Anqara Hava Yollarına məxsusdur. Təyyarədə 46 nəfər olub. Ehtimallara görə, təyyarə ilə əlaqə marşrut üzrə sonuncu hava limanından bir neçə kilometr aralıda - Tynda ərazisində kəsilib.