Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın Moskvanın vasitəçiliyi olmadan birbaşa dialoq aparmaq seçiminə hörmətlə yanaşır.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu seçimə hörmətlə yanaşırıq. Əvvəlki kimi sülh prosesinə dəstək verməyə, həm məsləhətləşmələr, həm də müqavilənin imzalanması üçün platforma təqdim etməyə hazırıq", - o qeyd edib.