Zaqatala Rayon İcra Hakimiyyətinin Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması ilə bağlı keçirdiyi tender müsabiqəsi ləğv edilib.
1xeber.media 32gun.az istinadla xəbər verir ki, Satınalma portalında yer alan məlumata əsasən, tenderin ləğvinə səbəb olaraq iştirak etmək üçün təklif və təklifin təminatını təqdim etmiş, tələb olunan lisenziyaya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması göstərilib (Satınalma Qanununun 36.1.1-ci maddəsi).
Layihənin ehtimal olunan dəyəri 613 min 600 manat təşkil edirdi.
Qeyd edək ki, ötən ilin dekabrında Zaqatala Rayon İcra Hakimiyyəti “AZSUR GROUP” MMC ilə oxşar işlər üzrə – Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması məqsədilə 590 min manat dəyərində müqavilə bağlamışdı.
Xatırladaq ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.