ABŞ-nin müdafiə naziri Pit Heqset gələn il Tennessi ştatının qubernatorluğuna namizədliyini irəli sürməyi düşünür. Bunun üçün o, Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.
1xeber.media xəbər verir ki, bu barədə NBC News öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Heqset son üç həftə ərzində seçki kampaniyasına başlamaq imkanlarını ciddi şəkildə müzakirə edir.
Bununla belə, Pentaqonun qaydalarına görə, qubernator postuna namizəd olmaq üçün Heqset müdafiə naziri vəzifəsini tərk etməli olacaq. Bu, ABŞ Müdafiə Nazirliyinin rəhbərliyində ən böyük dəyişiklik olacaq.
Pentaqonun mətbuat katibi Şon Parnell telekanala verdiyi şərhdə bu məlumatı təkzib edib: “İki mümkün variant var: ya kanalın mənbələri uydurmadır, ya da onların müxbirlərilə oyun oynayıblar”.