BMT, lazım gələrsə, Kamçatkadakı zəlzələnin nəticələrinin aradan qaldırılmasında Rusiyaya kömək etməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.
"BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisindən olan həmkarlarımız bir sıra ölkələrdə vəziyyətin monitorinqini davam etdirir; ilkin məlumatlara görə, ciddi ziyan dəyməyib. Yardıma ehtiyac olarsa, biz istənilən cavab səylərini dəstəkləməyə hazırıq", - o qeyd edib.