Ukraynanın paytaxtı Kiyevdə matəm elan olunub.
1xeber.media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Mer bildirib ki, sabah şəhərdə bayraqlar endiriləcək, əyləncə tədbirləri ləğv olunacaq.
Qeyd edək ki, Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər həlak olub, 135-i isə yaralanıb.