Kamilə Dadaş-zadəyə VƏZİFƏ VERİLDİ
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.