ABŞ prezidenti Donald Trampın nüvə sualtı qayıqlarının Rusiyaya yaxınlaşması ilə bağlı sözlərindən sonra heç bir konkret hərəkət yoxdur, çünki sualtı qayıqlar artıq döyüş növbətçiliyində ola bilərdi.
1xeber.media xəbər verir ki, bu barədə hərbi bloger Yuri Podolyaka “Moskovski Komsomolets”ə şərhində bildirib.
"Əvvəllər heç kəs bu barədə xüsusi narahat deyildi. Tramp "sualtı qayıqların getdiyini" bəyan edən kimi bu, "dünya sensasiyasına çevrildi", o qeyd edib.
Podolyakanın fikrincə, Amerika lideri 24 qitələrarası ballistik raket daşımağa qadir olan Ohayo sinifli sualtı qayıqları nəzərdə tuta bilərdi. Lakin bu sualtı qayıqlar daimi döyüş növbətçiliyindədir və bu məqsədlə Rusiya sahillərinə yox, okeana çıxırlar.
Daha əvvəl Trampın sualtı qayıqlarla bağlı qərarı Federasiya Şurasında izah edilib. Senator Vladimir Cabarov bunu Rusiyanın “Knyaz Pozharsky” sualtı kreyserinin suya buraxılması ilə əlaqələndirib.