Kamçatka sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 4-də Rusiya Elmlər Akademiyasının (RAA) Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin Teleqram kanalında məlumat verilib.
Seysmik hadisə UTC saat 17:49-da (Moskva vaxtı ilə 20:49) baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 158 km aralıda yerləşib. Zəlzələnin ocağı 48,6 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.